Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Neftin qiymətini bahalaşdıran səbəb

Dünya birjalarında neft bahalaşmaqdadır. Brent markalı neftin 1 barelinin qiyməti 2015-ci il, iyunun 24-dən etibarən ilk dəfə olaraq 65 dolları ötüb.

Mynews.az-ın məlumatına görə, Neftin bahalaşma səbəbini Oxu.Az-a şərh edən iqtisadçı-ekspert İlham Şaban bildirib ki, birjalara Şimal Dənizindəki ən böyük neft yataqlarından biri hesab olunan Fortiesdən (Britaniya şelfində) Britaniyaya gələn boru kəmərində (Forties Pipelines Systems) çatın əmələ gəlməsi nəticəsində kəmərin istismarının tam dayandırılması təsir edib.

İqtisadçı boru kəmərinin fəaliyyətinin nə zaman bərpa olunacağının hələ məlum olmadığını deyib: "FPS-lə 85 yataqdan hasilat nəticəsində gündəlik 400 min barel neft nəql edilir. Ona görə də vəziyyətin qeyri-müəyyənliyi neft qiymətlərini artıma doğru sövq edir".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...