Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bayramqabağı bu məhsullar bahalaşacaq - PROQNOZ

Qarşıdan Yeni il bayramı gəlir. Hər il olduğu kimi, bu il də əsas qida məhsullarının bahalaşması gözləniləndir. Artıq noyabr ayında oktyabr ayı ilə müqayisədə bəzi məhsulların - kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və marqarin yağlarının, xiyarın, bibərin, badımcanın, soğanın, kartofun, çayın qiymətlərində artım qeydə alınıb. Dekabrda da prosesin davam edəcəyi istisna edilmir. Maraqlıdır, bayramqabağı hansı məhsullar satıcıların spekulyativ qiymət artımına uğrayacaq? 

Nəzərə çatdıraq ki, artıq bayramın əsas təamı hinduşka ətinin kiloqramı 3-4 manat arasında bahalaşıb. Hinduşkanın kiloqramı hazırda 10-12 manat arasında dəyişir. 

Satıcılarla söhbət əsasında öyrəndik ki, proses yumurtanın qiyməti ilə başlayıb. Yumurta 14 qəpikdən 15 qəpiyə yüksəlib. Qənnadı məhsullarının - konfetin qiymətində artım baş verib. Xüsusilə, Rusiya istehsalı olan  qənnadı məhsulları bu aydan bazara 1 manat baha qiymətə çıxarılıb. O da məlum oldu ki, bu artım davam edəcək. 

Öyrəndik ki, düyünün, yağın, toyuq və mal, qoyun ətinin, meyvənin qiymətində artımlar gözlənilir. Satıcıların sözlərinə görə, bu səbəbdən bəzi istehlakçılar bayram tədarükünə indidən başlayıblar. Beləliklə, bayram ərəfəsi dəyərinin yüksəlməsi gözlənilən məhsullar aşağıdalılardır.

Düyü

Çərəz

Meyvə-tərəvəz

Ət və ət məhsulları 

Balıq

Süd və süd məhsulları 

Qənnadı məmulatları.

Mynews.az-ın məlumatına görə, İqtisadçı-ekspert Qubad İbadoğlu Oxu.Az-a açıqlamasında bildirdi ki, istehsalçı müəssisələrin anbarlarında hazır məhsul qalığı artmaqdadır: "Belə ki, anbar qalığı 01 yanvar 2015-ci il vəziyyətinə 355,1 milyon manat, 01 yanvar 2016-cı il vəziyyətinə 415,8 milyon manat, 01 yanvar 2017-ci il vəziyyətinə 471,2 milyon manat olduğu halda, 01 noyabr 2017-ci il vəziyyətinə 577 milyon manat təşkil edib. Göründüyü kimi, 10 ay ərzində istehsalçı müəssisələrin anbarların hazır məhsul qalığı 106 milyon manata qədər artıb. Anbarlarda hazır məhsul qalığının artımını, əsasən, 2 səbəblə izah etmək olar. Birincisi, istehsal olunan mallar keyfiyyətsiz və rəqabətə davamlı olmadığından, eləcə də, bazarın tələblərinə cavab vermədiyindən satılmaması, ikincisi isə bəzi məhsulların qiymətlərində artımın gözlənildiyini nəzərə alaraq, istehsalçıların onları satışa çıxarmamasıdır".

Onun sözlərinə görə, hazırda Azərbaycan iqtisadiyyatında qiymətlərin artım tendensiyası davamlı xarakter daşıyır və onun səviyyəsi də getdikcə qalxır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...