Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Biznes lisenziyalarının verilməsi sadələşdiriləcək

"Lisenziyalar və icazələr" portalının (www.lisenziyalar.gov.az) işə düşməsi ilə əlaqədar olaraq bir sıra mövcud qanunlara dəyişikliklər ediləcək. 

Mynews.az Report-a istinadən xəbər verir ki, bunu "Lisenziyalar və icazələr" portalının təqdimat mərasimində sahibkarların suallarını cavablandıran iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

S.Məmmədovun sözlərinə görə, artıq müvafiq təkliflər Nazirlər Kabinetinə göndərilib və tezliklə qəbul edilməsi gözlənilir: "Gələn ilin mart ayına qədər dövlət qurumlarının portala inteqrasiyası prosesi başa çatmalıdır. Paralel olaraq "ASAN Xidmət" mərkəzlərində əməkdaşlarımız da çalışacaq. Əgər kiməsə xarici iqtisadi əməliyyatlar üçün lisenziya kağız formada lazım olacaqsa, həmin mərkəzlərdə çalışan əməkdaşlarımız həmin şəxsləri kağız formatda olan icazələrlə təmin edəcək".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...