Gömrükdə yenilik: Soyundurulma zamanı videoçəkilişə icazə verilməyəcək
Azərbaycanda gömrükdə yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişə icazə verilməyəcək.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklərdə deyilir. Məcəllənin 64.2-ci maddəsinin aşağıdakı redaksiyada verilməsi təklif olunur: "Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən həyata keçirilən şəxsi yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə aparılır. Şəxsi yoxlama zamanı videoçəkilişdən istifadə edilmədikdə azı iki hal şahidinin iştirakı məcburidir. Şəxsi yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir". Müvafiq olaraq 99.4-cü maddə aşağıdakı redaksiyada verilir: "Şəxsi yoxlama həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən videoçəkilişdən istifadə edilmədikdə, işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış azı iki hal şahidinin iştirakı məcburidir. Şəxsi yoxlama və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda, videoçəkilişdən istifadəyə yol verilmir. Bu halda şəxsi yoxlama və götürmə barəsində müvafiq hərəkət aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər". Beləliklə, qanun layihəsinə əsasən, hal şahidlərinin iştirakı yalnız şəxsi yoxlama zamanı videoçəkilişdən istifadə edilmədiyi hallarda məcburi olacaq, eyni zamanda, şəxsi yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda, videoçəkilişdən istifadəyə yol verilməyəcək.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 916 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 599 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 590 dəfə oxunub