İşsizlik müavinəti ləğv edilir
Gələn il yanvarın 1-dən işsizlik müavinəti ləğv olunacaq, bu, işsizlikdən sığorta ödənişi ilə əvəz ediləcək.
Mynews.az APA-ya istinadən məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 5 avqust 2017-ci il tarixli fərmanı ilə qüvvəyə minən “İşsizlikdən sığorta haqqında” qanunun yanvarın 1-dən tətbiq edilməsi ilə bağlıdır.
İşsizlikdən Sığorta Fondundan işsizlikdən sığorta ödənişi veriləcək. Nazirlər Kabineti bununla bağlı “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”, “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”, “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”, “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əməkhaqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” və “İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında” qərarlarında müvafiq dəyişiklik edilib.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 992 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 968 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 957 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 956 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 953 dəfə oxunub