Azərbaycanda süd ucuzlaşdı - FOTO - VİDEO
Bölgələrdə südün qiyməti düşüb. Xüsusən də Beyləqanda olan fermerlərin sözlərinə görə, südün yerində satış qiyməti əvvəlki vaxtlarla müqayisədə yarıbayarı enib. Ancaq nə qəribədirsə, bölgələrdə qiymətlərdə müşahidə olunan azalma paytaxt bazarlarına yansımayıb.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, bölgələrdə südün qiyməti düşüb. Əvvəllər 1 litir südü 60-70 qəpiyə satdıqları halda indi 1 litr süd 30-40 qəpiyə satılır.
Beyləqan rayon Şərq qəsəbəsi ərazisində məskunlaşan fermerlər südün qiymətinin aşağı salınmasından narazıdılar.
Fermerlər iddia edirlər ki, Beyləqanda yerləşən 12 süd toplama məntəqəsinin sözləşərək qiyməti aşağı salıb.
Süd toplama məntəqələrinin müdirləri isə bu iddiaları yalanladılar. Onlar bildirdilər ki, hər il bu vaxtları südün qiymətində enmə müşahidə edilir. Əsas səbəb isə süd məhsullarına olan tələbin azalmasıdır. Ancaq yanvar ayının sonundan isə qiymətlər yenidən əvvəlki vəziyyətinə qalxacaq.
Bölgələrdə südün qiymətinin düşməsi paytaxt bazarlarına da təsir edibmi? Sualın cavabını tapmaq üçün bazarlara üz tutduq. Satıcıların sözlərinə görə, südün qiymətində enmə müşahidə olunmur.
Paytaxtdakı satıcıların sözlərinə görə, südün qiymətində enmə hələ ki gözlənilmir.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 979 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 949 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 939 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 938 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 936 dəfə oxunub