Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

​PROQNOZ - Neftin qiyməti 100 dolları keçə bilər

İranda böhran dərinləşsə neftin qiyməti 100 dolları keçəcək.

Mynews.az-ın məlumatına görə, bu barədə "Financial Times" qəzeti yazıb.

Ekspertlər qeyd edib ki, hökumət və iqtisadi problemlərə qarşı keçirilən aksiyalar siyasi vəziyyətə də təsir edə bilər. Bütün bunlar isə neftin qiymətinin bahalaşmasına təsirsiz ötüşməyəcək.

"Financial Times" yazır ki, İranda davam edən etiraz aksiyaları, habelə OPEC və Rusiyaarasında razılaşdırılmış hasilat ixtisarına əməl olunması ilə bağlı neft qiymətləri 2014-cü ildən bəri ilk dəfə olaraq ən yüksək səviyyəyə qalxıb.Brent markalı neftin bir barrelinin qiyməti hazırda 66, 80 dollardır. Texas neftinin də qiyməti 60, 40 dollara yüksəlib. , İran OPEC-in üçüncü ən böyük hasilatçısıdır.

Ekspertlərin fikrincə, geosiyasi təhlükələr 2014-cü ildən bəri ilk dəfə olaraq neft bazarına təsir göstərməyə başlayıb.Həmçinin qeyd olunur ki, hətta İran etirazlarından əvvəl də neft bazarındakı vəziyyət birmənalı deyildi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...