Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Balıq bazarında qiymətlər - 1-13 manat arasında dəyişir - VİDEO

İndi sizə bazarda satışa çıxarılan ən ucuz və ən bahalı balıqlardan danışacağıq. Satıcıların sözlərinə görə hazırda bazarda balıqların qiymətində ciddi dəyişiklik yoxdur. Ən bahalı balıqlar olan qızıl və nərə balığı isə bazarda heç ümumiyyətlə satışa çıxarılmır.

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, ən ucuz balıq 1 manata, ən bahalısı isə 13 manatadır.
Bazarda satışa çıxarılan balıqların qiyməti bayramqabağı bahalaşa da hazırda qiymətlər ucuzlaşıb.Har halda satıcılar belə deyirlər.Paytaxtın Nizami rayonu ərazisində yerləşən "8-ci kilometr bazarı"nda müxtəlif növ balıqlar satılır.Balıqlardan ən ucuzu ilan balığıdır ki, onun da bir kiloqramının qiyməti 70 qəpiklə-1 manat arasında dəyişir.
Ucuz balıqlardan "xanı" balığının bir kiloqramı ölçüsündən aslı olaraq 3-4 manat, belamur və sazan balığı isə 6 manata satılır. Bazarda nisəbətən baha balıqların bir kiloqramı isə 7-13 manat arasında dəyişir.
Maraqlı məqam odur ki,bazarda bahalı balıqlardan qızıl və nərə balıqlarının satışına rast gəlmədik.Satıcılar bunu müxtəlif səbəblərlə izah etdilər.
Satıcılar yaxın vaxtlarda balıqların qiymətində hər hansı dəyişiklik olmayacağını da bildirdilər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...