Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Avtobuslarda gediş haqqı 50 qəpiyə qaldırıldı? - AÇIQALAMA

Binəqədi rayonunun Rəsulzadə Qəsəbəsində yaşayan sakinlər sərnişin avtobuslardan istifadə edə bilmir. Buna səbəb isə əhali sıxlığı və xəttə çıxan avtobusların sayının az olmasıdır. Əvəzində sakinlər üzərində "Bələdiyyə avtobusu" yazılan kiçik tumulu mikroavtobuslardan istifadə etməli olurlar. Bu avtobuslar isə Rəsulzadə Qəsəbəsindən metronun "Azadlıq" stansiyasına qədər 50 qəpiyə, hətta qarlı günlərdə 1 manata işləyir.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, üzərində “Bələdiyyə avtobusu” yazılan mikroavtobusların fəaliyyətindən xəbərsizdir:

“Dediyiniz ərazidəki problem tərəfimizdən araşdırılır və aradan qaldırılacaq. Lakin sərnişin sıxlığının olması, yaxud nəqliyyat vasitəsi çatışmaması əsas vermir ki, kimsə kiçik tutumlu mikroavtobusları fəaliyyətə çıxartsın. Bu qanunsuzdur və biz heç kimə belə bir icazə verməmişik. Kimsə sərnişin daşımayla bağlı fəaliyyət göstərmək istəyirsə, Bakı Nəqliyyat Agentliyinə müraciət etməlidir. Bizə isə heç bir müraciət olunmayıb". 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...