Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hacıqabulda deformasiyaya uğramış körpü təmir olunur

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 114-cü km-də (Hacıqabul şəhəri) yerləşən yol ötürücüsünün sol yarım hissəsindəki deformasiyaya uğramış körpü aşırımlarının dəyişdirilməsi işləri aparılır.

Mynews.az bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, aparılan bərpa işləri ilə əlaqədar olaraq sürücülərdən körpünün üzərində hərəkət edərkən diqqətli olmaları və ərazidə qoyulmuş müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur.

Körpünün aşırımlarının bərpasının qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...