Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Pensiyalar gələn həftə veriləcək

Xəbər verdiyimiz kimi, pensiyaların maliyyələşdirilməsinə hər ayın 11-dən başlansa da, bu ay gecikmə müşahidə olunur. 

Mynews.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Oxu.Az-a açıqlamasında  Azərbaycanda əmək pensiyalarının etibarlı maliyyə təminatı sisteminin əmək pensiyalarının müvafiq qrafik əsasında maliyyələşdirilməsi işlərinin 2018-ci ildə də normal qaydada davam etdirilməsinə imkan verəcəyini bildirib.

O deyib ki, artıq növbəti həftədən respublikada yanvar ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsinə başlanacaq:

“Yanvar ayının ilk günləri bayram günlərinə təsadüf etdiyindən pensiyaların Bakı şəhəri üzrə hesablara köçürülməsi bir neçə gün sonraya, yəni ayın 16-na təsadüf edəcək. Sonrakı mərhələdə maliyyələşdirmə, ötən aylarda olduğu kimi, qrafikə uyğun şəkildə, yəni rayon və şəhərlər üzrə mərhələli şəkildə aparılacaq. Belə ki, məcburi köçkün rayonları, respublika tabeli şəhərlər, digər rayonlar, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyaların maliyyələşdirilməsi həyata keçiriləcək və ümumilikdə ay ərzində pensiyaların ödənişi tam başa çatdırılacaq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...