Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Neftin qiyməti ilə bağlı proqnozlar dəyişəcək

OPEC və OPEC-ə üzv olmayan ölkələrinin nazirlərinin Monitorinq Komitəsinin yeddinci görüşü yanvarın 21-də Omanın paytaxtında baş tutacaq. 

Mynews.az xəbər verir ki, Rusiyanın energetika naziri Aleksandr Novak görüşdə ölkəsinin hasilatın azaldılması ilə bağlı razılaşmadan geri çəkilməyəcəyini bildirib.

O qeyd edib ki, neftin qiyməti ilə bağlı proqnozlar Oman görüşündə dəyişə bilər. 

Qeyd edək ki, nazirlik 2018-ci il üzrə neftin qiymətini 50-60 dollar səviyyəsində proqnozlaşdırıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...