Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aztəminatlı əhaliyə bəd xəbər - GÖZLƏNİLMƏZ

 

Ünvanlı sosial yardımlar kəsildi?
 

Vətəndaşlar son 3 ayda sözügedən yardımı ala bilmədiklərini bildirsələr də, rəsmi qurum xəbəri təkzib edir

"Son 3 aydır ki, ünvanlı sosial yardımımız kəsilib. Bununla bağlı dəfələrlə aidiyyəti qurumun qapısına ayaq döysək də, bir nəticə yoxdur. Rəsmi izahat yoxdur, sadəcə deyirlər ki, "pul yoxdur". Başqa heç bir cavab verilmir".

Sputnik Azərbaycan-ın redaksiyasına müraciət edən bir qrup Ağstafa rayon sakini belə deyir. Onların sözlərinə görə, ünvanlı sosial yardımın dayandırılması ailələrini çıxılmaz vəziyyətə salıb: "Aldığımız yardım ilə ayın əvvəlindən sonuna kimi ailəmizi bir qarnı ac, bir qarnı tox dolandırırdıq. Gün-gündən hər şey bahalaşır və aldığımız pul da heç nəyə çatmır. Bu, dərdin bir hissəsidir. Ən dəhşətlisi isə odur ki, bir neçə aydır ünvanlı sosial yardımı da ala bilmirik".

"Bir tərəfdən işsizlik, bir tərəfdən yardımın kəsilməsi… Heç bilmirik necə edək. Rəsmi orqanlara dəfələrlə müraciət etsək də, nə səsimizi eşidən var, nə cavab verən. Qeyri-rəsmi şəkildə bizə deyirlər ki, "hələ büdcədə pul yoxdur, nə vaxt olacaq, onda pulunuzu verəcəyik". Xahiş edirik, bizə yardım edin" — vətəndaşlar bildirirlər. Sputnik Azərbaycan-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayevlə əlaqə saxlayıb. O, məsələyə qısaca belə aydınlıq gətirib: "Ödənişdə heç bir problem yoxdur. Ünvanlı sosial yardım vətəndaşlara vaxtı-vaxtında ödənilir. Fərdi şəkildə kimdəsə problem yaranıbsa, müraciət etsin, araşdıraq".
 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...