Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Müəllimlərin maaşı ARTIRILDI - VİDEO

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışanların maaşı artırılıb. Maaş artımı kimlərə şamil ediləcək? "XəzərXəbər"in suallarına Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev cavab verib.

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, peşə məktəblərində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü və maaşları artırılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevin sözlərinə görə, artım ilk mərhələdə Bakı, Gəncə və Qəbələ şəhərlərində yerləşən rasionallaşdırılmış 14 peşə təhsili mərkəzlərində çalışan və diaqnostik qiymətləndirmədən keçənlərə şamil olunacaq.

Bu günə qədər ilk peşə məktəblərində 1200 nəfər diaqnostik qiymətləndirmədən keçib. Nazirlər Kabinetinə bu işçilərin maaşlarının sxemini və məbləğlərini on beş gün müddətində təsdiq etmək tapşırılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...