Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DGK-nın Vergilər Nazirliyinə birləşdiriləcəyi ilə bağlı xəbərlərə - MÜNASİBƏT

Bir çox ölkələrdə Gömrük Komitəsi fərqli statuslarda fəaliyyət göstərir.

Mynews.az xəbər verir ki, bunu gömrük komitəsinin sədri Aydın ƏliyevGömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdiriləcəyi yönündə mətbuatda yer alan xəbərlərlə bağlı jurnalistlərin sualına cavabında deyib.

Sədr qeyd edib ki, bu məsələ hökumətdə təhlil edilməli və ondan sonra qərar verilməlidir.

O bildirib ki, Gömrük Komitəsi fiskal orqandır və bəzi ölkələrdə Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərir:

“Gömrük xidməti ABŞ-da, bəzi Avropa ölkələrində Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Bəzi Avropa ölkələrində isə İqtisadiyyat və ya Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərir. Gömrük işçiləri xalqın və hökumətin əsgəridir. Harada desələr, orada da fəaliyyət göstərəcəyik”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...