Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İşlənmiş təkərlərin gömrük rüsumlarının artırılmasına - REAKSİYA

Ötən ildən işlənmiş avtomobil təkərlərinin idxalı üzrə gömrük rüsumu 3 dollardan 10 dollara qaldırılıb. 

Mynews.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədr müavini Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, ümumilikdə 500-dən çox gömrük tarifləri dəyişdirilib, rüsumların 57%-i dəyişməyib. Dəyişən tariflərin yalnız 7%-i artırılıb. 

DGK rəsmisi işlənmiş təkərlərə tətbiq edilən rüsumun artırılmasına qarşı keçirilən etiraz aksiyasına münasibət bildirib:

“Ölkəyə cəmi üç nəfər işlənmiş təkər gətirib, lakin mitinqə 150-200 nəfər yığışmışdı. Bu, uyğun gəlmir. Biz xalqımızın gələcəyini, balalarımızı düşünürük”.

DGK sədri Aydın Əliyev isə şikayətçiləri dinlədiklərini qeyd edib:

“Qərar noyabrın 17-də dərc edilib və qüvvəyə minib. Həmin vaxtdan üç nəfərin adına qeydiyyatda olan altı maşın işlənmiş təkər gətirilib. Etiraz edən 100 nəfərdən sənədlərini və özünü təqdim etmələrini istədik, onlardan cəmi 11-i sənədini təqdim etdi. Qalan 89-u qaçdı. Onlar iddia edirlər ki, 3 avroya təkər alırlar, buna görə niyə 10 dollar rüsum ödəməlidir? Biz də deyirik ki, siz 3 avroluq təkəri burda 50 manata sata bilirsinizsə, deməli, bu rüsumu da ödəyə bilərsiniz”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...