Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bağlanan banklara məxsus əmlakların satışı başladı

Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası yanvarın 16-da Əmanətlərin Sığortalanması Fondunun sifarişinə əsasən, ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib.

Mynews.az bildirir ki, Fonddan verilən məlumata görə, keçirilən açıq hərracın nəticələrinə əsasən, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansında olan bir ədəd “Mercedes-815” yük avtomobili, bir ədəd “Fiat Doblo Cargo”, üç ədəd “Mitsubishi Lancer”, dörd ədəd “Hyundai Accent” avtomobilləri və bir ədəd embosser “Matica Z9”  satılıb.

Həmçinin ləğv prosesində olan “Atrabank” ASC-nin balansında olan bir ədəd “Mitsubishi Pajero”, bir ədəd “Ford Focus” avtomobili, bir ədəd HCM (bank avadanlığı) və 1 (bir) ədəd embosser “Matica Z3” satılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...