Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İlin sonuna qədər neft hasilatı artmayacaq

OPEC və Rusiya hasilatın azaldılması yönündə qərarların ilin sonuna qədər qüvvədə qalacağını bəyan edib.

Mynews.az xəbər verir ki, Rusiyanın enerji naziri Aleksandr Novak hasilatın azaldılması yönündə razılaşmadan kənar da Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edəcəklərini açıqlayıb.

Səudiyyə Ərəbistanının enerji naziri Xalid əl-Falih isə bəyan edib ki, cari ilin sonuna qədər hasilatla bağlı qərar qüvvədə qalacaq:

“Birja ilin sonunda və ya 2019-cu ildə yenidən sabitləşəcək”.

Xalid əl-Falih bildirib ki, hazırda qlobal neft ehtiyatları son beş ilin orta səviyyəsini 120 mln. barel üstələyir.

Hər iki nazir 2019-cu ildə hasilatın azaldılıb-azaldılmayacağında dair suallara cavab verməyiblər.  

Omanın neft-qaz naziri Mühəmməd Həməd əl-Rumhi isə deyib ki, 2018-ci ildən sonra cari OPEC+ anlaşmasının uzadılması yerinə, yeni tip anlaşma tətbiq oluna bilər. 

Qeyd edək ki, dünən Omanda OPEC+ nazirlərinin monitorinq komitəsinin iclası keçirilib. Neft hasilatının azaldılmasına dair OPEC+ sazişinin Monitorinq Komitəsinin növbəti iclası apreldə, Səudiyyə Ərəbistanında keçiriləcək.

Xatırladaq ki, OPEC Nazirlər Şurasının Monitorinq Komitəsinə Səudiyyə Ərəbistanı, Venesuela, Küveyt, Əlcəzair, Oman və Rusiya nümayəndələri daxildir. (oxu.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...