Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Depozit hərracı başa çatdı - Tələb təklifi üstələdi

Bu gün Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

Mynews.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 318,0 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,30% təşkil edib.

Bununla da depozit hərracında tələb təklifi 27,2% üstələyib. Bugünkü depozit hərracında 250 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

Qeyd edək ki, cari ildən bankların depozit hərracına maraqları azalıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...