Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Davosda növbəti böhranın nə zaman olacağı ilə bağlı müzakirələr aparılıb

Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda “Növbəti böhran nə zaman olacaq?” mövzusunda sessiya keçirilib. 

Mynews.az xəbər verir ki, “Barclays” bankının baş direktoru Ces Steyl iqtisadi vəziyyətin normal olduğunu deyib:

“Lakin pul siyasəti bizim hələ də depressiyada olduğumuzu deməyə əsas verir”. 

“M&G Investments”in rəhbəri Anna Riçard isə deyib ki, əgər banklar yaxın müddətdə uçot faizini yüksəltməkdə davam etsələr, kredit alanlar borclarını geri ödəyə bilməyəcəklər:

“Bazarlar bu qiymətlərə hazır deyillər. Hökumətlərin çoxlu borcu var, hətta gözlənilməz geosiyasi şoklar mümkündür”.

Məlum olub ki, maliyyə böhranından bəri ilk dəfə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan 45 ölkədə artım baş verib. BVF ÜDM-nin artımı ilə bağlı proqnozunu 2018-2019-cu illər üzrə 3,9% səviyyəsinə yüksəldib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...