Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ötən il Azərbaycanda şərab istehsalı iki dəfə aşağı düşüb

Bu ilin sonuna qədər “Azərşüşə” MMC tikilərək istifadəyə verilməlidir.

Mynews.az xəbər verir ki, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

O deyib ki, Azərbaycandakı şərab zavodları öz potensialı ilə işləmir. Hətta bəzi şərab zavodları fəaliyyətini dayandırıb. 

Nazirin sözlərinə görə, buna başlıca səbəb şüşə qabların, şüşə qablaşma istehsalı müəssisələrinin olmamasıdır. Şərab istehsalçıları şüşə qablar problemini həll etmək üçün xaricdən şüşə idxal etməli olurlar. Bu da xarici valyutanın ölkədən çıxmasına və şərabın maya dəyərinin bahalaşmasına səbəb olur:

“Şərabçılıqda maya dəyərində şüşə qabının məsələsinin təsiri böyükdür. Bu məsələdə dövlət və şirkətlər müştərək işləməlidirlər. Ötən il Azərbaycanda şərab istehsalı iki dəfə aşağı düşüb. Buna baxmayaraq, ixrac artıb. Bazarlara çıxışı təmin etməklə xərcləri azaltmaq mümkün olacaq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...