Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nazir: Üçulduzlu hotellərin yaradılması istiqamətində işlər aparılır

Azərbaycanda imkanların yaxşılaşması insanların öz vətənlərində istirahət etməsinə gətirib-çıxarıb.

Mynews.az xəbər verir ki, bunu mədəniyyət və turizm nazirir Əbülfəs Qarayev xaricə gedən azərbaycanlıların sayında dörd faiz azalma baş verməsinə münasibət bildirərkən deyib. 

O bildirib ki, ölkədə istirahət mərkəzlərində boş yerlər azdır:

“Fərdi evlərin turistlərə istifadəyə verilməsi istiqamətində işlər gedir. Kənd sakinləri üçün Mədəniyyət Nazirliyi, Azərbaycan Turizm Assosasiyası tərəfindən xüsusi təlimlər keçirilir. O cümlədən, rayonlarda üçulduzlu hotellərin yaradılması istiqamətində fəaliyyətlər aparılır”.

Nazir hazırda paytaxtda hostellərin yaradılmasının geniş yayıldığını deyib:

“Ölkədə 100-ə qədər hostel var. Onların yerləşdirilmə xidmətləri, qiymətləri müxtəlifdir. Bütün hallarda hostellər hotellərdən ucuzdur”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...