Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Yanardağ” qoruğu ilə bağlı layihə hazırlanıb

“Dövlət başçısının “Yanardağ” qoruğu ilə bağlı müvafiq tapşırığına uyğun olaraq proses gedir, layihə mövcuddur”.

Mynews.az-ın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir deyib ki, məsələ ilə bağlı layihələndirmə əsasında işlər görüləcək: “Amma orada işlər bəzi yaşayış məsələlərinin həllindən sonra həyata keçiriləcək. Dövlət bu işlə məşğuldur. Cənab prezidentin bununla bağlı iradı tamamilə haqlıdır. Bu, çoxdan aktual olan bir məsələdir. Biz bu məsələyə çoxdan diqqət yetirməli idik. Tənqiddən nəticə çıxaracağıq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...