Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Toyota" 645 min avtomobilini geri çağırır - SƏBƏB

Yaponiyanın "Toyota" şirkəti bütün dünyadan 645 avtomobilini geri çağırır.

"Ölkə.Az" xəbər verir ki, maşınların təhlükəsizlik yastıqlarında çıxan problem buna səbəb olub.

Proqrama əsasən, 2015-cilin may ayından 2016-cı ilin mart ayına qədər istehsal edilən "Toyota Prius"un bir sıra sedanları, "Lexus RX" və "Lexus NX" krossoverləri geri çağırılır.

Şirkətdən bildiriblər ki, zavod istehsalı zamanı yaranan defektə görə qısa qapanma yarana bilər. Buna görə də qəza zamanı təhlükəsizlik yastıqları açılmaya bilər. Şirkət üçün təhlükəsizlik yastıqlarını "Takata" şirkəti istehsal edir. Bu şirkət bir müddət əvvəl də qalmaqala səbəb olmuşdu.

"Toyota" problemi pulsuz aradan qaldıracaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...