Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda nazir müavini işdən çıxarıldı

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov vəzifəsindən azad olunub.

Mynews.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, İ.Məmmədovun adı artıq nazir müavinləri siyahısında yoxdur. 

Görünür, İ.Məmmədov prezidentin fərmanı ilə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturunun təsdiqlənməsindən sonra yeni yaradılan strukturdan kənarda qalıb. 

Qeyd edək ki, məsələ ilə bağlı bir həftə əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə rəsmi sorğu ilə müraciət etmişdik. 

Xatırladaq ki, ötən ilin sonunda nazirin sabiq müavininin kürəkəni, 1987-ci il təvəllüdlü Əliyev Elvin Əziz oğlu yaşadığı Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 18, mənzil 17-də özünü asaraq intihar edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...