Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda bu marşrut xətti ləğv edilib - FOTOLAR

Bakı Nəqliyyat Agentliyi (BNA) marşrut xətlərindən birini ləğv edib.

Mynews.a xəbər verir ki, bu barədə BNA məlumat yayıb.

Məlumata görə, 114 nömrəli marşrut xətti ləğv edilərək, fəaliyyətini “114 A” və “114 B” olmaqla davam etdirəcək.

"Bir müddət əvvəl Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsindən keçən hissəsinin 2 hərəkət zolağından 6 hərəkət zolağı enində genişləndirilməsi və yolun hərəkət hissəsinin beton bordürlərlə ayrılması nəticəsində avtobusların Müşfiqabad qəsəbəsinə daxil olması və qəsəbədən çıxmasında çətinliyin yaranmasına, həmçinin, avtobusların əlavə məsafə qət etməsinə səbəb olurdu. Məhz bu səbəbdən, Pirəkəşkül qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış sahəsi və Müşfiqabad qəsəbəsini “20 Yanvar” metrostansiyası ilə əlaqələndirən 114 nömrəli müntəzəm marşrut xəttinin fəaliyyətində müəyyən çətinliklər yaranıb. Qeyd edək ki, Müşfiqabad qəsəbə sakinlərinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınaraq, Pirəkəşkül qəsəbəsi – “20 Yanvar” metrostansiyası istiqamətinə 114 A, Müşviqabad qəsəbəsi - “20 Yanvar” metrostansiyası istiqamətinə 114 B olmaqla yeni marşrut xətti müəyyən edilib. Dəyişikliyin edilməsində məqsəd, Pirəkəşkül qəsəbəsi və Müşviqabad qəsəbəsi sakinlərinin “20 Yanvar” metrostansiyasına rahat gediş-gəlişinin təmin edilməsidir. Sözügedən dəyişikliyin 10 fevral 2018-ci il tarixədək təmin edilməsi nəzərdə tutulub”, - deyə məlumatda qeyd olunur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...