Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan neft və qazdan 681 milyon dollar qazandı

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2018-ci ilin fevralın 1-nə əldə edilən gəlirlərini açıqlayıb.

Mynews.az bildirir ki, Fonddan verilən məlumata görə, bu ilin yanvar ayında AÇG yataqları üzrə fond 651,6 mln. dollar gəlir əldə edib.

AÇG Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2050-ci ilə qədər uzadılması çərçivəsində xarici sərmayəçilər tərəfindən Fonda 450 milyon ABŞ dolları məbləğində bonus ödənilib.

“Şahdəniz” layihəsi çərçivəsində xarici sərmayəçilər tərəfindən 0,108 milyon ABŞ dolları məbləğində əlavə bonus ödənilib. 

Ümumiyyətlə, 2001-ci ildən etibarən bu ilin əvvəlinədək AÇG yataqlar bloku üzrə 129,137 milyard dollar, “Şahdəniz” yatağı üzrə isə 2,506 milyard dollar həcmində gəlir əldə olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...