Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakının bəzi hissələrində su olmayacaq

Bu gün Bakının bəzi mərkəzi küçələrində suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Mynews.az-a verilən məlumata görə, Bakı şəhəri Babək prospektində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin köçürülməsi ilə əlaqədar fevralın 9-da, gün ərzində Süleyman Vəzirov, Fəzail Bayramov, Afiyəddin   Cəlilov, Mehdi Mehdizadə, Nəcəfqulu  Rəfiyev, Natiq  Əliyev, Əllədin  Quliyev küçələrinə, Xocalı, Nobel və Babək prospektləri boyu bəzi ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, - deyə məlumatda vurğulanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...