Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

UBER-in rəhbəri erməni oldu - Azərbaycanda bağlana bilər

Rusiyanın "Yandex” (Yandeks) şirkəti yaxın zamanlarda Azərbaycanda nümayəndəlik açır. Məlumata görə, şirkətin əsas məqsədi azərbaycanlı istifadəçilər üçün "Yandex” xidmətlərinin, xüsusilə də "Yandex.Taksi” xidmətinin inkişaf etdirilməsi olacaq.

Mynews.az-in məlumatına görə, artıq "Yandeks" və "Uber" xidmətləri Rusiya və MDB ölkələrində gedişlə bağlı biznesin birləşdirilməsi ilə bağlı saziş imzalayıblar. Yeni yaradılan müəssisənin dəyəri 3,275 milyard dollar təşkil edir. Birləşmiş şirkətdə "Yandeks" 59,3 faiz paya malik olacaq.

"Yandex Taksi” xidmətinin təsisçisi və baş direktoru qatı millətçi erməni Tiqran Xudaverdiyandır. O, 2006-cı ildə "Yandex” şirkətində layihə menecri kimi işə başlayıb. 2010-ci ildən isə "Yandex Taksi”yə rəhbərlik edir.

T.Xudaverdiyanın təsisçisi olduğu "Yandex Taksi” xidməti hazırda 6 ölkədə - Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Gürcüstan və Ermənistanda fəaliyyət göstərir.

Azərbaycanda taksi şirkətinə ermənilərin rəhbərlik etməsi xəbərlərinə Bakı Nəqliyyat Agentliyi cavab verib. 

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev BAKU.WS-ə açıqlamasında bildirib ki, ölkəmizin milli maraqları, xalqımızın milli mənafeyinin qorunması BNA və onun hər bir əməkdaşının gündəlik fəaliyyətinin əsasını təşkil edir.

"Qeyd edildiyi kimi, adıçəkilən şirkətin Ermənistan vətəndaşı və ya erməni əsilli digər bir ölkə vətəndaşı ilə fərq etməz birbaşa və yaxud dolayı yolla əlaqəsi varsa o zaman Bakı Nəqliyyat Agentliyi həmin şirkətlə əməkdaşlıq edən taksi sürücülərinə fərqlənmə nişanının verilməsini dayandıracaq. Bakı Nəqliyyat Agentliyi həmçinin taksi xidmətilə məşğul olan sürücüləri də bu cür şirkətlərlə əməkdaşlıqdan çəkinməyə çağırır.
Bir daha qeyd edirik ki, ölkəmizin milli maraqları və xalqımızın milli mənafeyi hər şeydən üstündür və toxunulmazdır". 

M.Ağayev əlavə edib ki, Uber və digər sifarişli taksi xidməti göstərən şirkətlərin qeydiyyatı Bakı Nəqliyyat Agentliyi tərəfindən deyil, müvafiq dövlət qurumu tərəfindən aparılır: "Agentlik yalnız həmin şirkətlərlə əməkdaşlıq edən sürücülərin nəqliyyat vasitələrinə fərqlənmə nişanının verilməsini təmin edir".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...