Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kənd Təsərrüfatı Nazirliyinin bəzi səlahiyyətləri ləğv olunur

“Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə prezidenti İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq, bir sıra qurumların, o cümlədən, Kənd Təsərrüfatı Nazirliyinin bəzi səlahiyyətlərinin məhdudlaşdırılması, onların səlahiyyətlərinin yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyinə verilməsi nəzərdə tutulur.

Mynews.az xəbər verir ki, bu məqsədlə də “Baytarlıq haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.

Belə ki, bununla bağlı Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin fevralın 9-da keçirilən iclasının gündəliyinə çıxarılmış qanun layihəsində qeyd olunur ki, fərmanın tələblərindən irəli gələn yeni qanunvericilik sənədinə əsasən, baytarlıq nəzarətinin və xidmətlərinin əhatə dairəsi dəqiqləşdirilir, Azərbaycanda baytarlıq xidmətinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirildiyi təsbit olunmaqla, baytarlıq xidmətinin təşkili, hüquqları, vəzifələri və sair ilə bağlı mövcud qanunda nəzərdə tutulan bir sıra maddələr ləğv olunur.

Yəni, qanun layihəsinə edilən dəyişiklikdə baytarlıq, bitki mühafizəsi və karantini sahəsində (heyvan və bitki mənşəli məhsullar və xammal istisna olunmaqla) dövlət nəzarətinin və xidmətlər göstərilməsinin Kənd Təsərüfatı Nazirliyinin səlahiyyətində qalması, heyvan və bitki mənşəli məhsullar və xammal da daxil olmaqla, qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsinin Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyət bölgüsünə daxil edilməsi təklif olunur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...