Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Deputatlar Ümumudünya Ticarət Təşkilatının tədbirinə qatılacaq

Milli Məclisin deputatları Tahir Mirkişili və Kamran Nəbizadə Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrinin parlament üzvləri üçün ticarət siyasəti üzrə seminarda iştirak etmək üçün fevralın 12-dən 16-dək Avstriyada səfərdə olacaqlar.

Mynews.az-ın xəbərinə görə, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) və Vyana Birgə İnstitutunun təşkilatçılığı ilə baş tutacaq toplantıda DTT-nin regionlararası ticarətdə birbaşa rolu, yerli ticarət və razılaşmalarda çoxşaxəlilik, ticarət sahəsində qanunvericiliyin təkmilləşdirilməsində parlamentlərin rolu və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Deputatlar  müzakirə edilən məsələlər barədə fikirlərini açıqlayacaqlar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...