Bakıda daha bir marşrut kartla olacaq
Müntəzəm marşrut xətləri üzrə gediş haqqının “BakıKart” vasitəsi ilə ödənilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bakı Nəqliyyat Agentliyi Mynews.az-a verilən məlumata görə, bu çərçivədə görülən işlər nəticəsində daha bir müntəzəm marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKart” vasitəsi ilə həyata keçiriləcək.
Belə ki, 17.02.2018 tarixindən 52 nömrəli müntəzəm marşrut xəttindən (Binəqədi rayonu, M.Kazımovski küçəsi-Səbail rayonu, Ə.Cavad küçəsi) istifadə edən sərnişinlər gediş haqqını “BakıKart” vasitəsi ilə ödəyəcəklər. Nağdsız ödəniş sisteminə keçidlə əlaqədar 52 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC tərəfindən avtobuslarda xüsusi kart oxuma cihazları quraşdırılıb.
52 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslardan istifadə edən sərnişinlərin “BakıKart” əldə etməsi, eyni zamanda, balanslarını rahat şəkildə artıra bilməsi üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən zəruri işlərin görülməsi təmin edilib.
Məlumat üçün bildirək ki, hazırda paytaxtda 21 marşrut xətti üzrə avtobuslarda gediş haqqı nağdsız formada “BakıKart” vasitəsi ilə həyata keçirilir.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 948 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 920 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 912 dəfə oxunub