Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

BP SOCAR-a verdiyi səmt qazının həcmini artırıb

2017-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan SOCAR-a Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,9 milyon kubmetr səmt qazı verilib.

“BP-Azerbaijan” şirkətindən Mynews.az-a verilən məlumata görə, ümumilikdə SOCAR-a 2,9 milyard kubmetr qaz verilib.

Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Qeyd edək ki, ötən il SOCAR-a verilən səmt qazının həcmi 2016-cı ildən 5,5% çoxdur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...