Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İki ildə banklara iki milyard investisiya yatırılıb

2017-ci ildə bank sektorunun sağlamlaşdırılması ilə bağlı əsaslı işlər görülüb, sektora yeni kapital investisiyaları daxil olub.

Mynews.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2017-ci il ərzində bankların cəmi kapital inyeksiyalarının həcmi 0.9 mlrd. manat təşkil edib.

Ümumilikdə, 2016-2017-ci illərdə bankların səhmdar kapitalına investisiyaların cəmi 1.2 mlrd. manat olub.

Palatadan qeyd edilib ki, ölkə Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanına əsasən, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması prosesi yekun mərhələyə çatdırılıb.

Bu çərçivədə bankın problemli aktivləri “Aqrarkredit” QSC-ə ötürülüb, xarici borc öhdəliklərinin restrukturizasiyası prosesləri tamamlanıb. 

Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində bank restrukturizasiyasının hüquqi çərçivəsinin formalaşdırılması işləri aparılıb. Bu istiqamətdə beynəlxalq təcrübə də nəzərə alınmaqla, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa rezolyusiya ilə bağlı yeni fəsil əlavə edilib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...