Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakının iki böyük rayonunda qaz olmayacaq

Bakı şəhəri Nəsimi və Yasamal rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq.

Bu barədə Mynews.az-a "Azəriqaz" İB-dən bildirilib.

Məlumata görə, Qaz təchizatı şəbəkəsinin texniki vəziyyətinin yaxşılaşdırılması, təhlükə yaradan hissələrin yenilənməsi və istehlakçıların təbii qaza olan tələbatının təmin edilməsi məqsədilə, Məmməd Cəfər Cəfərov küçəsi və Asif Məhərrəmov küçələrinin kəsişməsində 530 mm-lik iri diametrli yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması ilə əlaqədar, fevralın 21-də saat 1000-dan işlər yekunlaşanadək 1 və 2-ci Altava, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə küçələri, eləcə də Tibilisi və H.Əliyev prospektlərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan işlərin Nərimanov rayonunun qaz təchizatına da təsir göstərməsi mümkündür.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...