Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bayram yaxınlaşır: Bazarında canlanma var - QİYMƏTLƏR - VİDEO

Novruz bayramına bir ayadək vaxt qalmasına baxmayaraq, artıq çərəz bazarında canlanma hiss olunur.

Satıcılar çərəzlərin paytaxt bazarlarına həm yerli fermerlərdən, həm də xaricdən daxil olduğunu deyirlər. Qiymətlər isə həmişəki kimi müxtəlifdir. Məsələn, yerli məhsul olan qoz ləpəsinin qiyməti 12-20, fındıq ləpəsi 10-12, badam isə 15-18 manat arasında dəyişir. Qabıqlı qoz və fındığın satışı isə daha ucuzdur.

Bazarda xaricdən gətirilən ən bahalı qozun bir kiloqramının qiyməti isə 30 manatdan başlayır.

Kişmişin qiyməti isə 10-15 manat arasında dəyişir. Satıcılar ötən illə müqayisədə hazırda çərəzlərin qiymətinin ucuz olduğunu bildirsələr də, bayramqabağı qiymətlərin 10 faiz qalxa biləcəyini də istisna etmirlər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...