Azərbaycanda diri heyvan və ət ucuzlaşıb - VİDEO
Son günlər bölgələrdə heyvan bazarında ucuzlaşma müşahidə edilir. Xezerxeber.az-ın məlumatına görə, bir müddətdir ki, rayonlarda heyvan bazarında qiymətlər kifayət qədər aşağı düşüb.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, məsələn, Ağdaş rayonunda bazara çıxarılan iri və xırdauynuzlu heyvanların həddinən çox olması ucuzlaşmaya səbəb olub. Belə ki, əvvələr diri çəkili inək və dana 350-500 və ya 700-900 manata satılırdısa, indi bu qiymətlər 150-200, hətta 300 manata qədər aşağı düşüb.
Ucuzlaşma elə xırdabuynuzlu heyvanlarda da müşahidə olunur. 250-280 manata satılan quzulu qoyun hazırda 150-190 manatdır.
Tovuzda da mal bazarında heyvanların qiymətində bir aydır ki, enmə müşahidə olunur. Ucuzlaşma, xüsusən iribuynuzlu heyvanların satışında daha çox hiss olunur. Bir heyvanda 200-300 manata qədər ucuzlaşma olub.
Qiymətlərin aşağı düşməsi ətliklə yanaşı, südük heyvanlara da siraət edib. Qoyun-quzunun qiymətində isə 10-15 manata qədər enmə var. Fermerlər ucuzlaşmanın əsas səbəbini bazardakı bir ay əvvələ qədər olan durğunluqla əlaqələndirir.
Digər bölgələrlə müqayisədə ucuzlaşma Bərdə bazarında isə azdır. Belə ki, əvvəlki həftələrə nisbətən iribuynuzlu heyvanlar 60 manata qədər, xırda heyvanlar isə 25-30 manat aşağı təklif edilir.
Bu vəziyyət regionlarda ətin qiymətinə də təsir edib. Bazarlarda mal ətinin kiloqramı 8-9, quzu əti isə 10-11 manatdıdır.
Maraqlıdır ki, bölgələrdə kifayət qədər ucuzlaşma olduğu halda, paytaxt bazarlarında enmə müşahidə edilmir.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 588 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 577 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 569 dəfə oxunub