Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda ən çox işsiz olan rayonlar açıqlandı

Bu ilin yanvar ayında Bakı şəhəri üzrə məşğulluq xidmətində işsiz hesab edilənlərin sayı 18 856 nəfər olub.

Mynews.az xəbər verir ki, işsizliyə görə müavinət alan 3404 nəfərə hesablanmış orta aylıq məbləğ  385,54 manat olub. 

Bakı şəhəri üzrə işsizlik statusuna malik olanların 7133  nəfərini qadınlar təşkil edib. İşçi qüvvəsinə olan tələbat yanvar ayının axırına şəhər üzrə cəmi 3683 nəfərdir, onlardan 2830  nəfəri fəhlələrdir.  

Qeyd edək ki, ən çox işsiz Xətai rayonunda qeydə alınıb - 3 514 nəfər. İkinci sırada Yasamal (2 770), üçüncü sırada Nəsimi (2 482) yer alıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...