Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bankların Mərkəzi Banka borcları azalıb

2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28,169.7 mln. manat, cəmi öhdəlikləri isə 24,367.9 mln. manat olub.

Mynews.az xəbər verir ki, sektorun balans kapitalı 3,801.8 mln. manat, əhalinin əmanətləri isə 7,482.5 mln. manat olub. 2018-ci ilin yanvar ayı ərzində bank sektorunun aktivləri 0.9% (249 mln. manat), öhdəlikləri 0.6% (156 mln. manat), kapitalı isə 2.5% (93 mln. manat) artıb.

Bankların Mərkəzi Bank qarşısında öhdəliyi 501,7 mln. manat olub.

Bu da ötən ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında bu məbləğ 5,9 mln. manat və ya 1,16% azalma deməkdir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...