Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ekspertdən avtomobil bazarındakı vəziyyət ilə bağlı - PROQNOZ

“Alıcılıq qabiliyyəti aşağı düşdüyü üçün ölkəyə avtomobil gətirmək və satmaq əvvəlki kimi rentabelli deyil”. 

Mynews.az xəbər verir ki, bu fikirləri unikal.org-a iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, avtomobil bazarında durğunluq müşahidə edilir: “Bir sıra mətbuat orqanlarında avtomobillərin qiymətinin artması ilə bağlı məlumatlar yer alıb. Hesab edirəm ki, bu gün avtomobil bazarında qiymət artımından danışmaq doğru deyil.

Bu məlumatlar süni şəkildə avtomobillərə tələbi artırmaq məqsədi daşıyır. Daşınmaz əmlakın qiymət atımı ilə bağlı da informasiyalar dolaşır. Ancaq reallıq bundan ibarətdir ki, heç bir qiymət artımı yoxdur. Bu gün avtomobil bazarında alıcılar barmaqla sayılırsa, hansı qiymət artımından söhbət gedə bilər?”.

Baxmayaraq ki, ölkəyə idxal olunan avtomobillərin sayında azalma var, bazarda durğunluq müşahidə edilir. Bu, həm də “Avro-4” standartının tətbiq edilməsi ilə bağlıdır. Alıcılıq qabiliyyəti aşağı düşdüyü üçün avtomobil gətirmək və satmaq əvvəlki kimi rentabelli deyil. 

Son zamanlar Azərbaycanda bahalı avtomobillərin idxalında yüksək vergilər tətbiq olunur. Bu da idxala təsir göstərən amillərdəndir. Bazardakı durğunluğa səbəb olan meyarlardan biri də manatın devalvasiyasıdır. Avtomobil ölkəyə xarici valyuta ilə gətirilir. Manatın devalvasiyası həmin avtomobillərin qiymətinin artmasına səbəb olur. Az işlənmiş avtomobillərin qiymətində isə ucuzlaşma müşahidə edilir”.

Ekpert bazardakı durğunluğun davam edəcəyini deyir: “Çünki hələ də alıcılıq qabiliyyəti aşağıdır. Vətəndaşlar yığıma üstünlük verirlər. Bu gün avtomobil almaq vətəndaş üçün prioritet deyil. 

Əvvəllər banklardan kredit götürüb avtomobil almaq mümkün idisə, bu gün həmin imkan yoxdur. Bu da alıcılıq qabiliyyətinə təsir göstərir. 2017-ci ilin növbəti aylarında da durğunluğun davam edəcəyi gözlənilir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...