Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İki törəmə bankın əsas səhmdarının reytinqi aşağı endirildi - ŞƏRH

Xəbər verdiyimiz kimi, beynəlxalq kredit dərəcələndirmə təşkilatı “Moody 's”  Türkiyənin kredit notunu “Ba1” səviyyəsindən “Ba2”-yə, kredit  görünüşünü isə “neqativ”dən “stabilə” dəyişib. 

Mynews.az-ın məlumatına görə, reytinq agentliyi, eləcə də, “Yapı Kredi Bank”ın xarici valyutada uzunmüddətli yüksək təminatlı borc reytinqini və milli valyutada depozit reytinqini “Ba1” səviyyəsindən “Ba2” səviyyəsinə endirib.

Bankın xarici valyutada uzunmüddətli depozit reytinqi isə “Ba2” səviyyəsindən “Ba3” səviyyəsinə salınıb, reytinq üzrə proqnoz isə “neqativ” dəyərləndirilib. “Bankın reytinqinin aşağı salınmasına təsir göstərən əsas səbəb əməliyyat mühitinin zəifləməsi göstərilib. 

2017-ci ildə müəyyən inkişafa baxmayaraq, güman edirik ki, bankın aktivləri zəifləyəcək, bu da öz növbəsində təminatsız pərakəndə ticarət seqmentinə təsir edəcək. Bankın problemli kreditlərinin həcmi ümumi kredit portfelinin 4,1%-ni təşkil edib, çünki 2017-ci ilin sonunda digər aparıcı Türkiyə bankları ilə müqayisədə ”Yapı Kredi Bank”ın aktivlərinin keyfiyyəti zəifləyib

Nəzərə çatdıraq ki, “Moody's” Türkiyənin digər böyük bankı “Ziraat Bank”ın xarici valyutada uzunmüddətli yüksək təminatlı borc reytinqini və yerli valyutada depozit reytinqini “Ba1” səviyyəsindən “Ba2” səviyyəsinə endirib.

Bankın xarici valyutada uzunmüddətli depozit reytinqi isə “Ba2” səviyyəsindən “Ba3” səviyyəsinə endirilib, reytinq üzrə proqnoz da “neqativ”dən “stabil”ə yüksəldilib. “Bu reytinq dövlətin suveren reytinqinin aşağı salınması ilə ehtiyac yarandığı halda banka dövlət dəstəyinin zəifləyəcəyini əks etdirir. 

Qeyd edək ki, “Yapı Kredi Bank”ın, eləcə də, “Ziraat Bank”ın Azərbaycanda törəmə bankları fəaliyyət göstərir. Ötən il “Yapı Kredi Bank Azərbaycan” QSC-nin mənfəəti 10 milyon 110 min manat, "Ziraat Bank Azərbaycan" ASC-nin mənfəəti 4 milyon 63 min manat olub.  

Hər iki bankın əsas səhmdarının reytinqinin aşağı salınmasının Azərbaycandakı törəmələrinin fəaliyyətinə necə təsir edəcəyin Oxu.Az-a dəyərləndirən ekspert Əkrəm Həsənov bildirdi ki, “Moody's” tərəfindən təyin edilən reytinq elə də aşağı deyil: 

“Azərbaycan banklarının reytinqi bundan da aşağıdır. Ancaq fəaliyyətlərini davam etdirirlər.
Bütün hallarda hər iki bankın xarici valyutada uzunmüddətli yüksək təminatlı borc reytinqinin və yerli valyutada depozit reytinqini “Ba1” səviyyəsindən “Ba2” səviyyəsinə endirilməsi müəyyən problemlərin olduğunu göstərir”.

Ə.Həsənov deyir ki, “Ziraat Bank”ın Azərbaycandakı törəməsinin kapital probleminin olduğuna dair fikirlər mövcuddur: 

“Bu bankın kapitalı qanunvericiliklə tələb olunan məbləğdən aşağıdır”. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...