Nazir müavini: Bəzi karqo şirkətlərinin fəaliyyətində pozuntular var
Artıq 3 aydır Vergilər Nazirliyi yoxlamaları müvəqqəti dayandırıb, hazırda daha səmərəli vergi nəzarəti mexanizmlərinin tətbiqi üzərində iş gedir.
Mynews.az xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib:
“Vergilər Nazirliyinin məqsədi yoxlama aparmaq deyil, nəzarət sistemində yeni yanaşmaların tətbiqi, vergi yoxlamalarının keyfiyyətinin və səmərəliliyinin artırılmasıdır. Qarşıdakı dövrdə yoxlamaların sayı daha da azaldılacaq, amma, bu, o demək deyil ki, vergi nəzarəti olmayacaq”.
Vergi ödəyicilərinin karqo ilə bağlı üzləşdikləri problemlərə də aydınlıq gətirən S.Ələkbərov idxalla məşğul olan bəzi karqo şirkətlərinin fəaliyyətində pozuntuların olduğunu istisna etməyib:
“Vergi və gömrük sənədlərini düzgün tərtib etməyən karqo şirkətləri tərəfindən gömrük orqanına təqdim olunan sənədlərdə uyğunsuzluqlar mövcuddur, bəzi hallarda saxta qaimələr təqdim edilir ki, bu da vergidən yayınmalara şərait yaradır.
Ona görə də şəffaflığın təmin olunması məqsədilə bu sahədə yeni innovativ alətlərin tətbiqi üzərində iş aparılır”.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1013 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 971 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 960 dəfə oxunub