Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mobil operatorların gəlirləri artıb

2018-ci ilin yanvar-fevral ayları ərzində informasiya və rabitə müəssisələri 279 mln. manatlıq xidmət göstərib ki, onun da 71,4%-i əhali tərəfindən istehlak olunub.

Mynews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-fevral aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi real dəyər ifadəsində 14% artıb.

Xidmətlərdən əldə edilən gəlirin 48,6 faizi və ya 135,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə nformasiya və rabitə müəssisələri tərəfindən 257,6 milyon manatlıq xidmət göstərilmişdi. Xidmətlərdən əldə edilən gəlirin 48,7 faizi və ya 125,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdı.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...