Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hərracda tələb təklifi üç dəfəyə qədər üstələyib

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.

Mynews.az xəbər verir ki, hərracda 250 milyon manat cəlb edilib. Tələb isə bundan 2,8 dəfə çox – 706,9 milyon manat olub.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...