Bakıda fantastik qiymətə torpaq sahəsi - ərazinin sahibi kimdir? - VİDEO
Bakıda fantastik qiymətə torpaq sahəsi satılır.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, bir torpagın qiyməti 40 milyon manata, digərinin qiyməti isə 3 milyon 900 min manatadır.
Elan saytlarının birində Bakının Nərimanov rayonunda 40 milyon manata boş torpaq sahəsi satılır. Elanda 2 hektar 10 sot ölçüsü olan torpaq sahəsinin yeni tikili bina üçün nəzərdə tutulduğu bildirilir.
Ekspertlər isə bildirir ki, 40 milyon manat həmin torpaq sahəsinin hazırki real bazar qiyməti olsa da, Bakıda bu qədər boş ərazini tapmaq çətin məsələdir.
Bakıda qiyməti milyonlarla ölçülən torpaq sahələri var ki, illərdir boş sahə olaraq qalır. Ekspertlər qiymətlərə baxmayaraq, bu cür torpaqlara daima tələbatın olduğunu deyir. Xüsusi olaraq şəhərin mərkəzində villaların çox olduğu hissələrdə.
Paytaxtda pilot layihələrin icrası və yeni tikili binaların sayının artması belə bahalı torpaqları da tədricən bazardan çıxarır. Hazırda isə ən ucuz torpaqlar Suraxanı və Binəqədi rayonu ərazisi hesab edilir ki, orada qiymətlər 1sot üçün təxminən 1500 manatdan başlayır.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1005 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 964 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 954 dəfə oxunub