Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mərkəzi Bank bu il də faiz dəhlizini azaldacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə iqtisadiyyatında müşahidə edilən müsbət meyillərin davam etməsindən asılı olaraq, 2018-ci ilin qalan dövründə də faiz dəhlizi parametrlərinin azaldılmasını mümkün hesab edir. Bununla belə, faiz dərəcələrinin real səviyyəsi müsbət zonada saxlanacaq.

Mynews.az Mərkəzi Banka istinadən xəbər verir ki, əvvəlki illərdə olduğu kimi, bu il də faiz dəhlizi parametrlərinə dair qərarlar faktiki inflyasiya, qiymət artımına dair gözləntilər və maliyyə bazarlarının müxtəlif seqmentlərində gedən proseslər nəzərə alınmaqla qəbul ediləcək.

AMB-nin apardığı təhlillərə əsasən, faiz dəhlizinin parametrləri likvid qiymətli kağızların gəlirliliyinə və bu da öz növbəsində bankların apardığı əməliyyatlar üzrə faizlərə təsir edir.

Orta illik inflyasiyanın birrəqəmli trayektoriyaya daxil olması, inflyasiyanın azalmasına dair proqnozlar və xarici balansın yaxşılaşması nəzərə alınmaqla, artıq cari ilin fevralında uçot dərəcəsi 15%-dən 13%-ə endirilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...