Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın martın 7-ə olan məzənnəsini açıqlayıb.

Mynews.az xəbər verir ki, AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi martın 6-ı ilə müqayisədə dəyişməyərək 1,7548 manat təşkil edib.

Avro isə manata nisbətən azalıb. Avrozonanın vahid valyutası 1,8604 manatdan 1,8572 manatadək ucuzlaşıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi dəyişməyərək 0,0301 manat olub.

Türkiyə lirəsinin məzənnəsi 0,4722 manatdan 0,4729 manatadək bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1555 manatdan 2,1480 manatadək azalıb. Gürcüstan larisinin məzənnəsi 0,7040 manatdan 0,7112 manatadək bahalaşma nümayiş etdirib.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...