Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tikinti materialları bahalaşıb - VİDEO

Tikinti sektorunda yaranan canlanma bölgələrdə tikinti materiallarının qismən bahalaşmasına səbəb olub.

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, Bərdənin inşaat materiallarının satış mərkəzində qiymətlər ötən aylardakına nisbətən xeyli qalxıb.
Ötən aylarla müqayisədə taxta, dam örtükləri, metal məmulatları və digər tikinti materiallarının qiymətində artım müşahidə olunur.
Əvvəllər bazarda bir ədəd mişar daşının qiyməti 45-46 qəpik idisə, hazırda 50-52 qəpiyə təklif edilir. Qiymətlərin bu qədər bahalaşmasına səbəb kimi isə topdansatış müəssisələrində qiymətlərin qaldırmasını göstərilir.
Bazarda yeganə bahalaşmayan sementdir ki, onun da qiyməti markasından asılı olaraq, 5-7 manat arasında dəyişir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...