Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ŞAD XƏBƏR - Maşınınızın yanacaq pulunu yarıbayarı azaldın (100 km-ə 5 manat) - VİDEO

21 yaşlı Aqil Musayev mühərriki 3000 sm3 Mitsubisi Pajero avtomobilin sahibidir. İdarə etdiyi avtomobil çox benzin “yediyi” üçün ötən il avtomobilinə qaz balonu quraşdırmağa qərara gəlib. 

“Maşınım hər 100 km 16-18 litr benzin yandırır. Dost-tanış qənaət etmək üçün məsləhət gördü ki, get qaz balonu qoş. Servisdə mənə dedilər ki, bu mənə 2000 manata başa gələcək. Baha olduğu üçün fikirimdən daşındım.”

“Sərfiyyat çox, xərclənən pul az”

Aqil fikrindən daşınsa da, avtomobillərinin konfiqurasiyasına dəyişiklik etmək istəyənlərin sayı artmaqdadır. Bunlar elə Aqil kimi böyük həcmli mühərriki olan avtomobillərin sahibləri, böyük məsafələrdə sərnişindaşıma ilə məşğul olanlardır. Baxmayaraq ki, benzin ilə müqayisədə qazla işləyən maşın daha çox yanacaq sərf edir, qiymət fərgi gözə və cibə çarpandır.

  2.4 min sm3 "Hyundai Santa Fe”-nin şəhər içi hər 100 km-ə  

 
Infogram

Düzdür, hazırda əksər avtomobil və avtobus sürücüləri dizel yanacağından istifadə edir. Lakin bu yanacaq növünün qiymətinin gec-tez artacağı qaçılmazdır.

Hələ bir neçə ay əvvəl, iqtisadçı Vüqar Bayramov “Azpetrol” şirkətinin benzin və xüsusilə dizelin qiymətin proqnozun verilməsinə münasibət bildirərək xüsusən də dizelin bahalaşmasının hətta müzakirəsi də o qədər arzuolunan olmadığını deyib.

“Bu baxımdan, dizelin qiyməti yüksəldiyi halda yalnız aqrar məhsullarda deyil, o cümlədən, nəqliyyatda qiymət artımları müşahidə edilə bilər.”

Deməli, “qaza” keçənlərin sayı artacağı vaxt məsələsidir. Qeyd edək ki, bu ilin 2018-ci ilin yanvarın 1-ə olan vəziyyətə görə, Azərbaycanda avtomobillərin sayı 1,34 milyon ədəd təşkil edib. Hər 100 ailədən 52-də şəxsi minik avtomobilİ var.

  Hər 1000 nəfərə

 

Death and wounded tools 
Infogram

İndiyədək bu tendensiyanın geniş yayılmamasına səbəb digər yanacaq növlərin aşağı olması ilə yanaşı qaz balonun quraşdırılması, texniki xidməti ilə məşğul olan sertifikatlaşdırılmış mərkəzlərin, müvafiq yanacaq doldurma məntəqələrin yoxluğu, müəyyən bürokratik və inzibati əngəllər olub. Bu da sürücüləri ya Dağıstana və ya Gürcüstana üz tutmağa vadar edird. Amma bu məsələdə ucuzluğu yox təhlükəsizliyi əsas tutmaq əsasdır.

  Video Kustar üsulla quraşdırılan qaz balonların yol açdığı fəsadlar

 

“Xəsis iki dəfə xərcə düşür” 

Təhlükəsizlik isə qaz balonun istehsalçı ölkəsi, yeri gəlmişkən bu Rusiya, Belarus, Polşa, İtaliya və s. ola bilər, balonun istifadə müddəti və daha bir vacib amildən asılıdır.

Azərbaycanda ancaq 7 ay əvvəl avtoqaz sistemlərinin quraşdırılması ilə məşğul olan ixtisaslanmış şirkət fəaliyyətə başlayıb. Türkiyənin “Ekoqaz” şirkətinin hazırda 6 işlək və daha 3 fəaliyyətə başlayacaq mərkəzi var. Lakin burada ancaq benzin ilə işləyən avtomobillərə qaz balonu yerləşdirilir. Şirkətin təsisçilərindən biri İlhan Taysinin sözlərinə görə, sürücülərin qaz balonunu quraşdırmaq istəyi var, lakin ehtiyyatlıq hissi bunu üstələyir.

“Günə bütün mərkəzlərimizdə azı bir maşına qaz balonu quraşdırırıq. Bizə mühərrikin həcmi 4,5,6 min sm3 olan avtomobillərin yiyələri müraciət edir. Onlar günə 50 manat yanacaq sərf edir. 4 silindirli avtomobilər üçün balonunu 4-5 saata, 6 silindirli - 6 saata, 8 silindirli- 7-8 saata quraşdırmaq olur. Lap böyük mühərrikli maşınarda quraşdırılma bir gün çəkir. Propan qazı ilə doldurulmuş balon avtomobilin ehtiyyat təkəri yerinə quraşdırılır.“

Amma ən əsası, onun sözlərinə görə, Azərbaycanda qaz balonu quraşdırmaq üçün müvafiq sertifikatı ancaq “Ekoqaz” şirkəti verir.

“Sertifikat olmayanda DYP ona sənəd verən deyil”

Türkiyəli iş adam ilə razılaşan “Avtostop” verilişinin aparıcısı, avtomobil eksperti Tural Yusifovda məhz bu sertifikat ilə yeni texniki pasportu əldə etməyin mümkün olduğunu deyir.

“Qaz balonunu quraşdıracaq mütəxəssis ixtisaslı servisin əməkdaşı olmalı, müvafiq sertifikatı olmalıdır. Azərbaycanda avadanlıq sertifikatını bütün servislər təqdim edir. Çünki bu sertifikar avadanlıq ölkəyə gələndə, onunla birgə gəlir. Quraşdırmaya dair sertifikat isə ayrıdır. Bu sertifikat olmayanda, bu artıq ixtisaslı quraşdırılma sayılmır və DYP ona sənəd verən deyil.”

Araşdırma göstərdi ki, quraşdırılma sertifikatı olan və olmayan mərkəzlər arasında qaz balonun quraşdırılmasına sərf olunacaq məbləqdə çox fərqlənir.


Infogram

Amma təcrübə göstərir ki, sertifikatsız yəni kustar üsulla quraşdırsan belə texniki pasportu almaq olar. Belə mərkəzlərdən birinin əməkdaşı bizə bildirdi ki, sedan kuzası olan avtomobilə qaz balonu quraşdırandan sonra əlavə ödəniş müqabilində texniki pasport hazırlamaqa kömək edə bilərlər.

“Sedan olduqda müştəri 1100 manatdan əlavə 200-300 manat ödəsə, ona qaz balonun quraşdrıılması ilə yanaşı, həm də texniki pasportu hazırladdırıb verəcəyik. Universal, hecbek və digər kuzalar üçün texpasportu hazirlamaq isə bizlik deyil.”

Həqiqətən də, təcrübədə böyük həcmli mühərrikli avtomobillərin sürücüsü texniki pasport almaq istəyəndə müəyyən əngəllərlə üzləşir. Halbuki qanunda (http://mia.gov.az/?/az/content/29775/) avtomobilin kuzasına görə qaz balonunun quraşdırılması heç bir məhdudiyyət nəzərdə tutulmayıb. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi Vagif Əsədovda bildirir ki, ancaq müvafiq sertifikat əsasında texniki pasport verilir. Kuzanın fərqinə gəldikdə isə, texniki pasportun verilməməsi ilə bağlı suala cavabı belə oldu. 

“Bununla bağlı aidiyytı üzrə müraciət etsinlər və səbəbi öyrənə bilərlər.” 

“Aidiyyatı üzrə” deyəndə söhbət DYP-nin qeydiyyat-imtaham şöbələri nəzərdə tutulur

Yeri gəlmişkən, qaz balonu quraşdırdıqdan sonra sürücü yeni texniki pasportu özüdə əldə edə bilər. Bunun üçün ixtisaslaşmış mərkəzdən müvafiq sertifikatlar ilə sürücü dövlət yol polisinə ərizə ilə müraciət etməlidir. Burada onun çəkəcəyi rəsmi xərclər bunlardır: 
avtomobilin texniki baxışdan keçirilməsi - 20 AZN 
texniki pasporta aid rüsum - 17 AZN 
Qeydiyyatdan keçmək - 10 AZN

Texniki pasport alınmadığı təqdirdə, dövlət yol polisi sürücünü 150 AZN cərimələyir, avtomobili isə cərimə meydançasına aparır. Avtomobil əlavə avadanlıq hesab olunan qaz balonun xaric ediləndən sonra cərimə meydanından çıxarıla bilər. 

Qazdan qaza fərq var 

Qaz balonu quraşdıran sürücülər 2 növ “qazdan” istifadə edir: alışqanlarımızın içindəki maye qazı yəni LPG (Liquefied petroleum gas) və sıxılmış təbii qaz CNG (Compressed natural gas). Dünya miqyasında LPG daha çox istifadə olunur və Azərbaycan istisna deyil. Qeyd etmək lazımdır ki, hər iki qaz ekoloji cəhəddən təmizdir. CNG-nin az istifadə olunmasının səbəblərinə gəldikdə: 

- CNG yəni metan qazlı balonlar ancaq məhdud sayda olan yanacaq-doldurma məntəqəlrində var 
- Balonların çəni 200 atmosfer təyziqə dözümlü olmalıdır. 
- Çənin çəkisi 50 kq olduğundan sərfəli olmaq üçün sürücü bir neçə çən quraşdırmalıdır

Bu ilin ikinci rübündən, yəni aprel ayından etibarən “SOCAR PETROLEUM” QSC “SOCAR”a aid bütün yanacaqdoldurma məntəqələrində müştərilərə sıxılmış təbii qazın satışı və avtomobillərin CNG ilə çalışması üçün xüsusi avadanlıqların quraşdırılması xidmətini həyata keçirməyə başlamalı idi. Qurumun mətbuat xidmətini başçısı Üzeyir Həbibbəyli ikinci rübün axırı, yay ayları ərəfəsində adıçəkilən işlərin yekunlaşacağını deyib.

“Artıq İtaliyadan mütəxəsssilər gəlib və quraşdırma işləri aparırlar. Söhbət yanacaqdoldurma məntəqəsində sistemin quraşdırılmasından gedir. Digər yanacaq növlərindən fərqli olaraq daha təmiz, oktan ədədi daha yüksək və digərlərdən fərgli olaraq daha təhlukəsizdir. Bu yeni xidmət növü olacaq və tərkibində kükürd yoxdur.“

Hazırda LPG qazı SOCAR və “Azpetrol”-un bütün yanacaq-doldurma məntəqələrində var. 

BakuBus MMC-yə aid İveco markalı avtobusların istifadə etdiyi CNG-ə gəldikdə, bu yanacaq “Azpetol”-un çox məhdud sayda bir neçə yanacaqdoldurma məntəqəsində, rayon yolarında tapmaq olar. Gələcəkdə isə istər Bakı, isə regionlarda insanların yaşayış yerinə yaxın yerlərdə quraşdırılacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...