İqtisadçılar manatın devalvasiya ehtimalı haqqında
Azərbaycanda milli valyutanın devalvasiyası haqqında şayiələrin heç bir iqtisadi əsası yoxdur.
Mynews.az-ın məlumatına görə, bu barədə Oxu.Az-a açıqlamasında iqtisadçı Rasim Tacəddin bildirib.
Onun sözlərinə görə, son zamanlar Azərbaycanda yaranmış vəziyyətdən, xüsusən Azərbaycan neftinin qiymətlərinə baxdıqda bu nəticəyə gəlmək olar ki, hazırkı vəziyyət 2015-ci ildə özü ilə iki devalvasiya gətirən vəziyyətdən çox uzaqdır.
“Ölkəyə xarici valyutanın daxil olması, məlumdur ki, neftin qiymətindən asılıdır. Bu gün qara qızılın dünya bazarında qiyməti 70 dollar səviyyəsindədir. Bu, pis qiymət deyil və kifayət qədər sabitdir. Cüzi dəyişikliklər nəzərə alınmır.
Buna müvafiq olaraq, xarici valyutanın Azərbaycana axını da sabitdir. Buna görə də iqtisadi cəhətdən narahatlıq üçün səbəb görmürəm”, - iqtisadçı qeyd edib.
İqtisadiyyat sahəsi üzrə ekspert Fuad Əlizadə R.Tacəddinlə həmfikirdir. O düşünür ki, milli valyutanın mövqeyi bu gün üçün çox möhkəmdir.
“Söhbət ondan gedir ki, neftin qiyməti 70 dollardan yuxarı səviyyədə qalır, bu isə büdcədə nəzərdə tutulmuş 45 dollardan yüksəkdir”, - F.Əlizadə qeyd edib.
Onun sözlərinə görə, bu, ölkəyə valyutanın daxil olmasının artmasına gətirib-çıxarıb.
“Manatın əvvəlcədən deyildiyi mümkün devalvasiyası üçün əsaslı göstərici yoxdur. Mərkəzi Bank tərəfindən keçirilən valyuta hərraclarında valyutanın təklif edilməsi tələbatın artması iddiasını şübhə altına almağa əsas yoxdur.
Lakin vacib bir göstərici var, bu isə statistikaya əsasən, qeyri-neft məhsullarının ixracının 37% artmasıdır. Bu çox vacib məqamdır, belə ki, büdcə nəinki neft və qazdan, həm də qeyri-neft məhsullarından əldə edilən gəlirlə artırılır”, - Əlizadə vurğulayıb.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 979 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 945 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 935 dəfə oxunub